Ermənistan 170 qızı cəbhəyə göndərir - “Oğlanlar ordudan qaçır”

img

18-04-2016 [14:44]


"Ermənistan hökuməti Dağlıq Qarabağda tezliklə münaqişənin alovlanacağı ehtimalına görə cəbhəyə göndərmək üçün qadınları səfərbər edir”.

Bu barədə Almaniyanın "Tageszeitung” qəzeti yazıb. Qəzet yazır ki, ötən həftə İrəvanda 170 qadın hərbi hazırlıq kurslarına başlayıb.

Kursun məşqçisi 50 yaşlı Vova Vardanov deyir ki, könüllü qadınlar orduda xidmət edəcək: "Çünki ölkənin əhalisində ciddi ixtisarlar var və xidmət üçün əsgər çatışmır. Bizə canlı qüvvə daha çox lazımdır. Çünki ordunun silahları əsasən Sovet dövründən qalmalardır”.

"Tageszeitung” qeyd edir ki, Ermənistanda əhali ciddi şəkildə azalıb.

"Cavanlar əsasən ölkəni tərk edirlər. Ölkədə qalanlar isə orduda xidmət etməmək üçün müxtəlif bəhanələrdən istifadə edir”, - deyə o bildirib.
publika.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA