İstanbul zirvəsində xoşagəlməz hal: Nazir Ərdoğanla görüşməkdən imtina edib

img

15-04-2016 [16:53]


İslam Əməkdaşlıq Təşkilatının Türkiyədə keçirilən sammiti zamanı xoşagəlməz məqamları ilə medianın diqqətini çəkib.

Buna qədər İƏT-ə sədrlik etmiş Misir növbəlik əsasında sədrliyini Türkiyəyə təhvil veriməsi zamanı rəsmi Ankaraya saymamazılq nümayiş etdirib.

Misirin "Rəy əl-Yərum” qəzetinin yazdığına görə, sammitdə iştirak edən Misirin xarici işlər naziri Samih Şükri cümə axşamı İstanbulda keçirilən İƏT-in sammitində təşkilata sədrlik kürsüsünü Türkiyə rəsmilərinə təhvil verərkən, onlarla görüşmədən tribunanı tərk edib.

Məlumata görə, S.Şükri İstanbul iclasında sadəcə Misirin İƏT-ə sədrlik etdiyi dövrdə bu ölkə ilə əməkdaşlıq edən ölkələrə təşəkkürünü bildirib və Türkiyə rəsmilərinin adını çəkmədən İƏT-ə sədrliyi onlara təhvil verib.

Digər bir məlumata görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan İƏT-ə sədrliyin Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğluna təhvil verilməsi zamanı Samih Şükri ilə görüşməkdən imtina edib.

Ərdoğan həmçinin çıxışı zamanı Misirin adını çəkmədən İƏT-in "keçmiş sədri"nə təşəkkür edib.

Türkiyə Misirin hazırkı prezidenti Əbdülfəttah əl-Sisinin legitimliyini tanımır(Strateq.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA