Yanukoviç Ukraynanın Azərbaycandakı səfirini geri çağırıb

img

27-03-2010 [04:13]


Ukraynanın Azərbaycandakı səfiri yeni təyinat alıb. Ukrayna prezidentinin rəsmi saytının yaydığı xəbərə görə, prezident Viktor Yanukoviç bu ölkənin Azərbaycandakı səfiri Boris Klimçuku Volın vilayət administrasiyasının rəhbəri təyin edib. Qeyd edək ki, B.Klimçuk artıq bir dəfə - 1995-ci ildən bu vəzifədə çalışıb. 2002-ci ilin iyununda isə Ukrayna prezidenti Leonid Kuçmanın müşaviri təyin olunub. 2002-2008-ci illərdə isə Litvada səfir kimi fəaliyyət göstərib. B. Klimçuk 2008-ci ilin may ayından Ukraynanın Azərbaycandakı səfiri idi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA