Elmar Məmmədyarov iranda Novruz bayramı tədbirlərində iztirak edir

img

27-03-2010 [03:01]


İranın paytaxtı Tehranda və Şiraz şəhərində ilk beynəlxalq Novruz bayramı keçirilir. İki gün davam edəcək tədbirdə İraq prezidenti Cəlal Təlabani, Tacikistan prezidenti İmaməli Rahmon, Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedov, Əfqanıstan prezidenti Həmid Kərzai iştirak edir. İlk dəfə olaraq İranın ev sahibliyi etdiyi bayram tədbirində Azərbaycanı xarici işlər naziri Elmar Məmədyarov çıxış edib. Elmar Məmmədyarov Novruz bayramına beynəlxalq status verilməsini yüksək qiymətləndirib. Tədbirdə çıxış edən İran prezidenti Mahmud Əhmədinejad Novruz bayramının beynəlxalq bayram kimi qeyd edilməsindən məmun olduğunu deyib və tədbirdə iştirak edən bütün ölkələrin Novruz bayramını təbrik edib. Qeyd edək ki, BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə təşkilatı YUNESKO-nun qərarı ilə, dünyada 300 milyondan çox insanın qeyd etdiyi Novruz bayramına beynəlxalq bayram statusu verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA