Putinə 3 saat 39 dəqiqə ərzində 2.3 milyon sual verildi, cəmi 80-ni cavablandırıldı

img

14-04-2016 [21:26]


Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin 14-cü dəfə rusiyalılarla "Birbaşa xətt”ə çıxıb.

Efir vaxtı başlayana qədər studiyaya 2,3 milyondan çox sual daxil olub.

Onların arasında təxminən 1,5 milyon telefon zəngi, 400 min SMS, habelə "VKontakte” sosial şəbəkəsi vasitəsilə 70 mindən çox müraciət olub. Proqram 3 saat 39 dəqiqə davam edib.  O, cəmi 80 suala cavab verib.

Bu müddətdə Rusiya dövlətinin başçısı ölkədə iqtisadi vəziyyət, xarici siyasət, beynəlxalq terrorizmə qarşı mübarizə barədə suallara cavab verib. 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA