Yunan ordusu iki dövlətdən qorxuya düşdü: - Türkiyə və Makedoniyaya qarşı hərbi hazırlıq

img

14-04-2016 [12:47]


Yunanıstan Müdafiə naziri Panos Kamenosun əmri ilə bu gün ölkə ordusu təlimlərə başlayıb.

Bu barədə informasiyanı "RİA Novosti” agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb.

Mənbə təlimlərin kifayət qədər böyük olduğunu və Türkiyədən qorunmaq üçün keçirildiyini bildirib:

"Bizim təlimlər, həmçinin Yunanıstanın şimalında Kilkis şəhəri yaxınlığında da keçirilir. Bu da Makedoniya hakimiyyətinin sərt bəyanatları ilə bağlıdır. Ordu hər iki istiqamətdə tam hazırlıq vəziyyətinə gətirilib”.

Yunan mətbuatının açıqlamasına görə, son üç gün ərzində türk təyyarələri Yunanıstanın Egey dənizindəki sərhədini pozublar. Afina türklərin bu addımını provokasiya kimi dəyərləndirir(Axar.az). 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA