Rusiya Şimali Qafqazda ən yeni hərbi texnika və silahlarınısınaqdan çıxardı

img

13-04-2016 [16:32]


Şimali Qafqazda Rusiya qoşunlarının topçuları ən yeni hərbi texnika və silahların iştirakı ilə təlimlər keçiriblər.

Bu barədə Rusiya Silahlı qüvvələri Cənub hərbi dairəsinin mətbuat xidmətindən bildirilib.

Təlimlər Şimali Osetiya, Dağıstan, Çeçenistan və Cənubi Osetiyanın ərazisində keçirilib.

"Təlimlərin gedişatında xüsusi diqqət "Zoopark-1” ən yeni radiolokasiya kompleksləri, "Xrizantema-S” özüyeriyən tank əleyhinə raket kompleksləri, "Msta-S" özüyeriyən artilleriya sistemləri, "Tornado-Q” reaktiv yaylım atəş sistemləri və "Podnos” minaatan sistemlərinin mənimsənilməsinə ayrılıb”, – xəbərdə deyilir.

Təlimlərdə 3,5 mindən çox topçu, silah və hərbi texnikanın təxminən min vahidi iştirak edib(Publika.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA