Ərdoğan: "Ermənilər Qarabağı bozaltdıqdan sonra sərhədlər açılacaq"

img

25-03-2010 [10:42]


Ermənilər Azərbaycan torpaqlarını işğaldan azad etməyincə, Türkiyə Ermənistanla sərhədləri açmayacaq. Bu barədə Almaniyanın ?Die Zeit? qəzetinə müsahibəsində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib. ?Sərhədlər ermənilərin bizim azəri qardaşlarımıza hücum etməsi və Dağlıq Qarabağı işğal etməsi səbəbindən bağlanıb. BMT də onların bu hərəkətini işğal hesab edir. Ermənilər bu torpaqları nə zaman tərk edərlərsə, biz də sərhədləri o zaman açarıq?, - deyə Ərdoğan bildirib. Eyni zamanda türkiyəli baş nazir müxtəlif dünya ölkələrinin "erməni soyqırımı"nın tanınmasına dair qətnamələr qəbul etmələrini erməni diasporunun apardığı təbliğatın nəticəsi kimi qiymətləndirib. ?Deputatlar aidiyyatı olmadıqları məsələlərlə məşğul olur. Üçüncü dövlət belə qətnamələr qəbul etməməlidir?, - deyə Ərdoğan bildirib. [center][/center]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA