Rusiya S-300-ləri İrana göndərdi - VİDEO

img

11-04-2016 [13:20]


Rusiya İrana S-300 zenit raket komplekslərinin ilk hissəsini göndərib.

Mia.az Axar.az-a istinadən xəbər verir ki, barədə informasiyanı İranın Xarici İşlər Nazirliyi yayıb.

Qeyd edək ki, İran bir neçə il bundan öncə Rusiya ilə S-300 zenit raket komplekslərinin alınması ilə bağlı müqavilə imzalasa da, BMT-nin sanksiyaları Moskvanın bu müqaviləni yerinə yetirməsinə maneə yaradıb. 

***

Rusiyanın İrana verdiyi S-300-lərin ilk görüntüsü yayılıb.

Görüntü Yutub sosial şəbəkəsində yerləşdirilib. Videonun Gilan vilayəti yaxınlarında qeydə alındığı bildirilib.

Qeyd edək ki, Gilan İranın şimal qərbində yerləşir. Vilayət şərqdən Xəzər dənizi ilə sərhəddir. Burada İranın əsas limanlarından biri olan Rəşt lyerləşir.

Rusiyanın İrana S-300-ləri Xəzər vasitəsilə göndərdiyi güman olunur. Rəşt limanından Tehrana qədər məsafə 328 kilometrdir. Bu isə onların daşınmasını kifayət qədər asanlaşdırır. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA