Putinlə Nazarbayev Qarabağdakı vəziyyəti müzakirə ediblər - Kremldən rəsmi açıqlama

img

08-04-2016 [18:46]


Bu gün Rusiya Prezidenti Vladimir Putinlə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev arasında telefon danışığı baş tutub.

Rusiya prezidentinin mətbuat xidməti xəbər verir ki, telefon danışığı zamanı Putin və Nazarbayev Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində baş verənlər haqda fikir mübadiləsi aparıblar. Putin Nazarbayevə Azərbaycanla Ermənistan arasında Rusiyanın vasitəçiliyilə atılan addımlar, o cümlədən Rusiyanın baş naziri, xarici işlər və müdafiə nazirlərinin bu istiqamətdə gördüyü işlər haqda məlumat verib.

Telefon söhbəti zamanı Rusiya və Qazaxıstan prezidentləri ikitərəfli münasibətləri, Avrasiya İqtisadi İttifaqı çərçivəsində yüksək səviyyədə keçiriləcək görüşlərin qrafikini də müzakirə ediblər.

Vladimir Putinlə Nursultan Nazarbayev Qarabağdakı vəziyyəti aprelin 6-da da telefonla müzakirə etmişdilər. Onda da Kremlin mətbuat xidməti Putinin qazaxıstanlı həmkarına Qarabağda vəziyyəti sabitləşdirmək üçün Rusiyanın vasitəçiliyilə atılan addımlar haqda məlumat verdiyini açıqlamışdı.

Novator.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA