Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 7 maddəlik plan

img

07-04-2016 [20:23]


Almaniya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda zorakılığın azaldılması və münaqişənin davamlı sülh əsasında həll edilməsi üçün 7 maddədən ibarət plan təklif edib.

Bu barədə Almaniya XİN-dəki mənbədən bildirilib. Mənbənin bildirdiyinə görə, söhbət atəşkəs rejiminin möhkəmləndirilməsindən və münaqişənin dialoq, etimad quruculuğu, sabitləşdirmə tədbirləri əsasında tənzimlənməsindən gedir.

Mənbə qeyd edib ki, hazırkı "status-kvo” uzunmüddətli perspektivdə davamlı deyil və münaqişənin ömrü nəzərə alınsa, təmas xəttində və sərhəddə zorakılığın artması riski çoxalır.

"Almaniya xarici işlər naziri ATƏT-ə sədrliyindən irəli gələn səlahiyyətlərindən geniş şəkildə istifadə edəcək”, - deyə Almaniya XİN-dəki mənbədən bildirilib.

apa

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA