Ərdoğan Brüsseli hədələdi: "Əgər Avropa Birliyi şərtləri yerinə yetirməsə, Türkiyə razılaşmanı icra etməyəcək"

img

07-04-2016 [16:58]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Brüssel üzərinə götürdüyü öhdəliklərə əməl etməsə, Ankara miqrantlarla bağlı Avropa Birliyi ilə əldə olunmuş sazişdən imtina edəcək. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Ərdoğan deyib ki, sazişin bəlli şərtləri var və Avropa Birliyi bunlara əməl etməlidir: «Miqrantların Avropadan Türkiyəyə geri qaytarılması konkret şərtləri olan prosedurdur. Əgər Avropa Birliyi şərtləri yerinə yetirməsə, Türkiyə razılaşmanı icra etməyəcək».

Ankara ilə Brüssel arasında miqrantlarla bağlı razılaşma martın 18-də əldə olunub. Razılaşmaya əsasən, qeyri-qanuni miqrantlar martın 20-dən etibarən Türkiyəyə göndərilməlidir. Həm bunun, həm də onların Türkiyədəki düşərgələrə yerləşdirilməsinin xərclərini isə Avropa Birliyi ödəməlidir. 

Türkiyə bu məqsədlə AB-dən ilkin mərhələdə 3, ümumilikdə isə 2019-cu ilədək 6 milyard vəsait almalıdır. Bununla yanaşı, sazişə əsasən Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı 2007-ci ildə dondurulan danışıqlar bərpa olunmalıdır. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA