Baltikyanı ölkələrin gənclər təzkilatları Azərbaycana səfər edib

img

24-03-2010 [01:36]


Bir neçə gün bundan öncə Gənclər üçün Təhsil Mərkəzinin dəvəti ilə Baltikyanı ölkələri təmsil edən bir qrup gənclər təşkilatı ölkəmizə tanışlıq səfərinə gəlib. Əsas məqsədi Gənclər üçün Təhsil Mərkəzi ilə yaxından tanış olmaq, əməkdaşlıq perspektivlərini müzakirə etmək, eləcə də birgə beynəlxalq layihələr hazırlamaq olan səfər bu gün başa çatıb. Bu gün Gənclər üçün Təhsil Mərkəzində keçirilən yekun görüşdə Mərkəzin direktor müavini Elnur Axundov bildirib ki, Baltikyanı ölkələrin gənclər təşkilatları ilə əməkdaşlıq Mərkəz üçün böyük əhəmiyyətə malikdir. Çünki həmin ölkələrin gənclər təşkilatlarının bilik və təcrübəsi, eləcə də onların Avropa Birliyinin gənclər proqramı ilə birbaşa çalışması Mərkəz üçün səmərəlidir. Səfərdə iştirak edən gənclər təşkilatları da Mərkəzin fəaliyyətindən məmnun olduqlarını, onun öz ölkələrindəki gənclər təşkilatlarından daha səmərəli işlər gördüyünü diqqətə çatdırmış və yaxın zamanlarda birgə proqramlar həyata keçirəcəklərini vurğulayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA