Məktəb direktoru yol qəzası törədib, 1 nəfər ölüb

img

23-03-2010 [02:08]


Şəki şəhər Polis Şöbəsindən (ŞPŞ) verilən məlumata görə, hadisə İsmayıllı-Şəki magistral yolunun 131-ci kilometrliyində qeydə alınıb. Şəki rayon sakini, 1960-cı il təvəllüdlü Mətanət Abdulkərim qızı Məhərrəmova idarə etdiyi ?Hunday? markalı, 55 BC 393 dövlət nömrə nişanlı avtomobili yol kənarındakı ağaca çırpıb. Qəza nəticəsində avtomobildə olan sərnişin, Bakı şəhər sakini, 1942-ci il təvəllüdlü Səyalı Qafarzadə aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. Avtomobilin sürücüsü isə xəsarətlə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yol qəzasını törtədən sürücünün Şəki şəhər 7 saylı orta məktəbin direktoru olduğu bildirilib. Faktla bağlı Şəki ŞPŞ tərəfindən cinayət işi qaldırılıb, araşdırmalar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA