Masallıda gəlin qayınanasını dəyənəklə döyüb öldürdü

img

08-04-2010 [12:08]


Azərbaycanın Masallı rayonunun Ərkivan kəndində 34 taşlı Fərqanə Bürhan qızı Ağabalayeva qayınanası 47 yaşlı Gülqədəm Hüseyn qızı Abdinovanı qətlə yetirib. Masallı rayon Prokurorluğundan verilən məlumata görə, hadisə dünən axşam saatlarına ailə münaqişəsi zəminində baş verib. Gəlinin qayınanasının baş nahiyəsindən rezin dəyənəklə vurduğu bildirilir. 9 yaşlı bir uşaq anası F.Ağabalayeva polis əməkdaşları tərəfindən həbs olunub. Qonşuların ANS PRESS-ə verdiyi məlumata görə, hadisə mülk üstündə baş verən mübahisə nəticəsində olub. Belə ki, qətlə yetirilən Gülqədəm Abdinova əslində Fərqanənin ərinin analığı olub, onlar evi və həyətyanı sahəni öz adlarına keçirmək istəyirmişlər. Hazırda faktla bağlı Masallı Rayon Prokurorluğunda AR CM-nin 120.1 (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA