Ermənistan İrana yenə top atdı, sərt xəbərdarlıq aldı

img

05-04-2016 [09:12]


Ermənistan tərəfindən atılan top mərmisi İranın Şərqi Azərbaycan əyalətinin Xudafərin kəndinə fərdi yaşayış evinə düşüb.
 
APA-nın Tehran bürosunun məlumatına görə, Şərqi Azərbaycan əyalətinin Təhlükəsizlik Şurasının katibi  Yusif Əsğəri  bildirib ki, bununla bağlı  Ermənistana  sərt xəbərdarlıq olunub.
 
Y. Əsğərinin sözlərinə görə,  Şərqi Azərbaycan əyalətinin  Təhlükəsizlik Şurası tərəfindən bütün lazımi tədbirləri görülüb, İranın xarici işlər nazirliyi  məsələni erməni tərəfi ilə müzakirə edəcək.
 
Son günlər ərzində artıq ikinci dəfədir ki,  Ermənistandan atılan mərmi İran ərazisinə düşür. Mərmilərin Ermənistan tərəfindən atıldığı sübut olunub. İnsident nəticəsində zərərçəkən olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA