04-04-2016 [21:40]
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan "Facebook" sosial şəbəkəsindəki səhifəsində cəbhə xəttində öldürülən hərbçilərinin bir qisminin adlarını və fotolarını paylaşıb.
APA TV-nin Ermənistan mətbuatına istinadən xəbərinə görə, bunlardan ikisi – 1989-cu il təvəllüdlü Sasun Mkrtçyan və 1963-cü il təvəllüdlü Nodarik Marqaryan müqavilə ilə xidmət edən hərbi qulluqçulardır. Üçüncü öldürülən hərbçi isə 1988-ci il təvəllüdlü kapitan Ovsep Kirakosyandır.
Ermənistan Müdafiə Nazirliyi cəbhə xəttində öldürülən daha dörd hərbçinin adını açıqlayıb. Öldürülənlərdən ikisi zabitlərdir. Mayor Ovsep Maisyan və kapitan Armenak Urfanyanla yanaşı sıravi Yuro Fərəməzyan və serjant Kərəm Sloyan da döyüşlərdə öldürülüb.
Öldürülən şəxslərdən üçünün Ermənistan vətəndaşı olduğu dəqiqləşib. Ovsep Kirakosyan Armavirdən, Nodarik Marqaryan Quqarkdan, Sasun Mkrtçyan isə İrəvandandır.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi təkcə bu gün erməni hərbi qulluqçularının 170 itki verdiyini, xeyli yaralandığını rəsmən bəyan edib. Dünən isə 100-dən çox erməni əsgəri məhv edilib, 200-dən çox isə ağır yaralanıb. Bu məlumatı nüfuzlu Associated Press beynəlxalq informasiya agentliyi də təsdiq edib. Agentlik cəbhədəki son vəziyyətlə bağlı yaydığı xəbərdə "Dağlıq Qarabağ separatçı regionu”,"Ermənistan ordusu Dağlıq Qarabağı və ətraf rayonları işğal edib”,"Azərbaycan regionu olan Dağlıq Qarabağ 1994-cü ildən etnik erməni və Ermənistan hərbi birləşmələrinin nəzarətindədir” kimi şərhlər yer alıb. Məlumatda əksini tapan faktlardan təxribatın məhz Ermənistan tərəfindən törədilməsi açıq-aydın görünür. Xəbərdə bildirilir ki, Ermənistan tərəfinin 100-dən çox əsgəri öldürülüb və yaralanıb, 6 tankı və 15 artilleriya qurğusu məhv edilib. Agentlik vurğulayır ki, Azərbaycan tərəfi itkilərini açıqlasa da, Ermənistan tərəfi bu barədə rəsmi məlumat yaymır.
Mia.az
Qəzzada 10 mindən çox insan cəsədi dağıntılar altında qalıb
Parisdə güclü yanğın olub - 3 nəfər ölüb
Prezident Ərdoğan müxalifətin aksiyasına "yox" dedi: "Taksim Meydanı mitinq üçün uyğun deyil"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT başqanı Somali prezidenti ilə görüşüb - Nələr müzakirə olunub?
TFF prezidenti "səssiz çevriliş"lə yola salınır - Erlkən seçki üçün tələb olunan imza toplanıb
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub
Hizbullah İsrail tankını vurub - Ölən və yaralananlar var
Ərdoğanın İraqa səfərinin görünməyən tərəfləri... - TƏHLİL
Elan saytlarında saxta məlumatlar yerləşdirən şəxs tutulub
Mərkəz rəhbəri Anar Məmmədli həbs olundu - (YENİLƏNİB)
İlham Əliyev Mormon Kilsəsinin və Stirlinq Fondunun nümayəndələrini qəbul edib - Müzakirə (FOTOLAR)
Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər
Prezident İlham Əliyev fərman imzaladı - Dəyişiklik
“Nizami” kinoteatrı ilə bağlı müəmma: proses necə həll ediləcək?
"Fənərbağça"dan Dzeko ilə bağlı açıqlama: "Yalan xəbərdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
KTN bu TV-yə 32 min pul verəcək - Təbliğat üçün
Ceyhun Bayramov Əlcəzair XİN başçısı ilə görüşüb - Qətərdə
Şuşaya gələn ay 20 ailə köçürüləcək - Püşk atıldı
"İttiham xarakterli iddiaları qətiyyətlə rədd edirik" - Mətbuat katibindən nazirin fikirləriə sərt reaksiya
Müsavatda qurultay: Osman Kazımov namizədliyini geri götürüb
Səhiyyədə daha bir şübhəli tender: niyə ən yuxarı qiyməti təklif edən şirkət qalib elan edilib? (SƏNƏDLƏR)
ATV telekanalının sabiq prezidentinin həbs müddəti uzadılıb
Bakı Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin keçmiş müdiri "Oba"nı məhkəməyə verdi - Qalmaqal
Müxalif lider spikerin üzünə belə dedi: "Qanunlara əməl edilməyəcəksə, onu dəyişdirsək, nolur ki?"
Doha Bəyannaməsi: Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə dəstək verilib
Deputat onu qınayanlara sərt cavab verdi: “Əşşi, heç vecimə də deyil o saytlar nə yazır”
May ayında 5 bürcün sahiblərini uğurlu günlər gözləyir - SİYAHI
Millimiz yoldaşlıq oyunu keçirəcək
Səhiyyə Nazirliyinin tabeliyindəki qurumda əməliyyat: vəzifəli şəxslər saxlanılıb? (Yenilənib)
Keniyada güclü daşqın: ölənlərin sayı 169-a çatıb
Ceyhun Bayramov Qətərin baş naziri ilə müzakirə aparıb
"Abzas Media" işi: Elnarə Qasımova həbsdən buraxılmadı
Külək güclənəcək, sel olacaq - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlanıb
Hərbi xidmətə çağırış: müayinə qaydası dəyişir
Abid Şərifovla "Rabitəbank"ın arasında nə baş verir? - Qalmaqal
Aktrisa aktyorla sevgisini etiraf elədi: "Çox xoşbəxtəm”
Komissiya itkin düşmüş şəxslərin adlarını açıqladı - SİYAHI
Bakıda 1 762 600 ədəd aksiz markasız tütün məmulatı aşkarlanıb
Girovgötürmə, zorlama və...- Bakı şəhər İcra Hakimiyyətinin xanım işçisi ilə bağlı sensasion məhkəmə işi....
Vilayət Eyvazov baş inspektoru rəis təyin edib
Dövlət Komitəsinin məsul şəxsinin oğlu elə hərəkət edib ki...