04-04-2016 [12:58]
"Son iki gündə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verənləri dünyanın aparıcı kütləvi informasiya vasitələri kifayət qədər dolğun işıqlandırdılar. Onların yayımladıqları materiallarda Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunduğu qeyd edilirdi. Türkiyə mətbuatı da cəbhədəki son hadisələrə kifayət qədər ciddi və obyektiv yanaşdı".
Bunu Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.
Ə. Amaşov bildirib ki, Rusiya mətbuatında, bu ölkənin bəzi xəbər portallarında və televiziyalarında cəbhə xəttində baş verən hadisələrlə bağlı yayımlanan materiallarda isə daha çox erməni tərəfinin mövqeyi dəstəklənir: "Rusiyanın nüfuzlu media qurumları baş verən hadisələri obyektiv işıqlandırsalar da, çox təəssüf ki, məsələyə qeyri-obyektiv yanaşan media qurumları da var. Rusiya mətbuatı daha çox özünü bitərəf kimi göstərməyə çalışır. Lakin dərindən təhlil etdikdə görürsən ki, onların yaydıqları informasiya öz işini görür. Tərəflərə münasibətdə maraqlı məqamlar üzə çıxır. Məsələn, "İnterfaks”, "lenta.ru”, "vzglyad.ru" və başqaları daha çox erməni tərəfinin mövqeyinə, oradan olan materiallara üstünlük verir. Çox təəssüf ki, bəzi məqamlarda bunu xristian və müsəlmanlar arasında ədavət kimi təqdim etməyə cəhdlər olunur. Əsasən də "regnum.ru” məsələyə bu cür yanaşır, son olayların arxasında Türkiyənin dayanmasına işarə olunur”.
Şura sədrinin sözlərinə görə, Rusiya mətbuatında erməni mənbələrinə istinad daha çox üstünlük təşkil edir:
"Rusiya mətbuatında ermənilərin rəsmi şəxslərindən alınan fikirlərə də yer verilir. Adətən mediada fikir verilir, sonra təkzib olunur, təkziblə isə çox adam maraqlanmır. Artıq yazılan yazı öz işini görür. Təkzibin o qədər əhəmiyyəti olmur. Diqqəti cəlb edən digər məqam ondan ibarətdir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi, işğal olunmuş ərazi kimi verilmir. Dağlıq Qarabağ və Azərbaycan iki tərəf kimi təqdim edilir. Sanki Azərbaycan öz ərazi bütövlüyü bərpa etmir və hansısa müstəqil dövlətin torpağını zəbt etmək istəyir. Biz bu sadalanan halların aradan qaldırılmasına çalışmalıyıq”.
APA
Nazir Ülvi Ələkbərlini yüksək vəzifəyə təyin etdi
Bu çörək növü bahalaşdı - 10 qəpik
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə zalında həbs edildi
Leyla Əliyeva "Yüksələn işıq" adlı sərgisində iştirak edib - FOTO
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ruben Vardanyanın məhkəməsi davam etdirilir
Fəzail Ağamalı ilə vida mərasimi başlayıb - FOTOTLAR (Yenilənir)
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub
ABŞ İRANA 4 ŞƏRT İRƏLİ SÜRÜB - Siyahı
PENSİYA NƏ QƏDƏR ARTDI? - Açıqlama (Yeniənib)
“Bravo”nun filial müdirinin müavinini döyüldü - Səbəb + Təfərrüat
Fazil Mustafa: "İcra hakimiyyəti mütləq lazımdır"
Futzal Federasiyasının prezidentinə cinayət işi açıldı, qardaşı axtarışa verildi - Zaur Axundova şok ittiham var (Yenilənib)
Azərbaycan neftinin qiyməti 71 dolları ötdü
Bu burc sahibləri etibarlı olurlar!
“İdeal Motors”un vergi borcu artıb
Maksvell sevgilisi Epşteynlə bağlı suallara cavabdan imtinna etdi
Doğum gününüz mübarək, Əli müəllim!
İranda siyasətçilərin həbsi başlayıb - Saxlanılanlar arasında XİN başçısının keçmiş müavini də var
İsrail Qəzzaya ağır zərbələr endirdi - Azı 9 nəfər ölüb
"Qaziantep" 3 xalı 2 qol və 10 nəfərlə qazandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qurban Qurbanovun qızının toyu olub - VİDEO
Fəzail Ağamalı vəfat edib - Türkiyədə (Yenilənib)
Türkiyədə daha bir məşqçi istefaya göndərildi - Mərc oyununa görə
Aybəniz Haşımova: “...həmişə şad olacaqsınız”
Vüqar Məmmədovun həbs müddəti uzadılıb
ABŞ daha bir tankerə "əl qoydu"
AXCP-nin Abşeron rayon şöbəsinin sədri həbs edilib