Saakaşvilidən Qarabağdakı gərginliklə bağlı sensasion açıqlama

img

03-04-2016 [18:38]


Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Azərbaycan-Ermənistan cəbhə xəttində yaşanan gərginliklə bağlı bəyanat yayıb.

Facebook sosial şəbəkəsində yaydığı bəyanatda Odessa qubernatoru baş verənlərdə Rusiyanı ittiham edib:

"Münaqişə indi nə Ermənistan, nə də Azərbaycan üçün sərfəlidir. Bu daha çox Putinin Azərbaycan və Türkiyəyə qarşı təxribatına bənzəyir. Çünki Moskva hadisələrin bu cür inkişafına çoxdan hazırlaşır. Rusiya çoxdan və intensiv olaraq hər iki tərəfi silahlandırır. Bu dövlət son illər təcili şəkildə sırf hərbi təyinat üçün Dağıstandan Gürcüstana, Azərbaycana ən tez şəkildə müdaxiləni təmin edəcək yol çəkdi”.

Saakaşvilinin sözlərinə görə, belə bir situasiyada bütün liderlər ehtiyatlı davranmalı və dözümlülük nümayiş etdirməlidirlər(Musavat.com).


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA