Avropa Şurasının baş katibindən Azərbaycan və Ermənistana çağırış - Bəyanat

img

02-04-2016 [23:23]


Avropa Şurasının baş katibi Turbyern Yaqland şənbə günü Dağlıq Qarabağ münaqişəsi zonasında qoşunların təmas xəttində gedən hərbi əməliyyatlardan dərin narahatçılığını ifadə edib.

"Report” "İnterfax”a istinadən xəbər verir ki, bu barədə Avropa Şurası baş katibinin bəyanatında bildirilir.

"Avropa Şurası hər iki tərəfi zorakılıq və insanların ölümünə, eləcə də çoxsaylı mülki şəxslərin həyatlarını itirməsi ilə nəticələnən tamamilə lazımsız qan tökülməsini dayandırmağa çağırır", - deyə bəyanatda qeyd olunub.

"Mən tərəfləri təkidlə insan haqları üzrə Avropa Konvensiyasında zəmanət verilmiş yaşamaq hüququnu qorumağa, atəşkəs rejiminə qayıtmağa və sülh danışıqlarını bərpa etməyə çağırıram. Bu, humanitar bir imperativdir", - deyə T.Yaqland bildirib.

Baş katib:


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA