Kremldən Ərdoğana cavab: "Rus pilotunu öldürən şəxslər..."

img

01-04-2016 [18:50]


"Ankara hələ də Su-24-ün vurulmasına və rus pilotunun öldürülməsinə görə üzr istəməyib".

Bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. Onun sözlərinə görə, Ərdoğan yalnız təəssüf etdiyini deməklə kifayətlənir:

"İndiyə qədər bilinmir ki, rus pilotunu öldürən türk döyüşçü nə ilə günahlandırılacaq. Rus pilotunu öldürən şəxslər məsuliyyət daşımalıdırlar”(Axar.az).

Qeyd edək ki, bir müddət öncə Vaşinqtonda çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara ilə Moksvanın regiondakı problemlərin həlli üçün səylərini birləşdirməli olduğunu bildirib. O, Rusiyanın bütün bunları dəyərləndirəcəyinə ümid etdiyini söyləyib.

Dünən Türkiyə hüquq mühafizə orqanları Rusiya pilotunun ölümündə günahkar bilinən Alparslan Çeliki həbs ediblər. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA