Abdulla Gül: "Obamaya söyləyəcək bir sözüm qalmadı?

img

19-03-2010 [02:48]


Türkiyə prezidenti Abdullah Gül qondarma ?erməni genosidi? məsələsi ilə bağlı bütün irad və təpkilərini ABŞ prezidenti Barak Obamaya çatdırdığını bildirib. Gül ?mənim Obamaya söyləyəcək bir sözüm qalmadı? deyib. Prezident bəyan edib ki, ABŞ Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsində qondarma sənədin qəbulu Türkiyə - Amerka strateji əməkdaşlığına arxadan vurulan zərbədir. ?Bu məsələ barədə nə lazımdırsa danışdıq, daha danışmaq istəmiərm, fikirlərimizi onlara çatdırdıq, gərəkən tədbirləri gördük. Bundan sonrakı addımlar artıq onlara qalıb. Bu cür qərarlar Türkiyə-Ermənistan normallaşma prosesinə mənfi təsir edir. Qafqazdakı indiki situasiya nə Türkiyənin, nə Azərbaycanın, nə də Ermənistanın maraqlarına xidmət edir. Ankara öz tərəfindən regionda sülhün bərqərar olması üçün mümkün olan bütün addımları atır. Obamanın fəaliyyətsizlyi ümidlər vermir, əksinə gərginliyi daha da artırır?,-deyə Gül bildirib. Qafqazda sülhün təmin olunmasından danışan Gül qeyd edib ki, Ankaranın təşəbbüskarı olduğu Qafqaz Sabitlik Paktının həyata keçirilməsi vacibdir. Prezident bəyan edib ki, Minsk qrupunun fəaliyyəti son vaxtlar hiss olunmağa başlayıb. ?On illər ərzində ilk dəfə prezidentlər problemləri müzakirə etmək üçün bir araya gəldi. Rusiya prezidenti çox israrlı mövqedədir, bu isə çox önəmlidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA