31-03-2016 [16:06]
"Hüquqlarını müdafiə etdiyim Qulu Məhərrəmli iddiada istinad olunan Cinayət Məcəlləsinin maddələrinə əsas yaradacaq hər hansı ifadə işlətməyib”.
Vəkil Cavid Rzazadə ANN.Az-a açıqlamasında "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovun AzTV-nin "Səhər" proqramının keçmiş rəhbəri Qulu Məhərrəmliyə qarşı qaldırdığı xüsusi qaydada iddiasına münasibət bildirib.
Onun sözlərinə görə, iddia ərizəsindəki dəlillərlə razı deyillər: "Bu səbəbdən də Qulu Məhərrəmliyə qarşı cinayət işinin açılma istəyini absurd hesab edirik. Hər halda məhkəmə birinci mərhələdə bu işin icraata qəbul edilib edilməməsi ilə bağlı qərar qəbul edəcək”.
Hüquqşünasın sözlərinə görə, Arif Alışanovun bu iddia ilə bağlı şansı yoxdur: "Bu tək mənim fikrim deyil, digər vəkil həmkarlarımız da bu cür düşünürlər. Çünki Qulu müəllimin o müsahibədəki hər bir söz və detalını araşdırmışıq və belə qərara gəlmişik ki, orada heç bir təhqir və böhtan yoxdur”.
Vəkil əlavə edib ki, Qulu Məhərrəmlinin məhkəməsi sabah saat 09:30-da Yasamal Rayon Məhkəməsində Azər Tağıyevin sədrliyi ilə keçiriləcək.
Nəsimi Rayon Məhkəməsində Qulu Məhərrəmliyə qarşı qaldırılmış mülki qaydada iddia işində telejurnalistin hüquqlarını müdafiə edəcək digər vəkil Nicat Gözəlovun sözlərinə görə, məhkəməyə baxış təzə başladığı üçün əvvəlcə iddiaçının mövqeyini öyrənmək və bundan sonra onların iddialarına uyğun olaraq vəsatət qaldırmağı planlayır: "Çünki iddia ərizəsində göstərilənlər ayrıdır. Ola bilsin, məhkəmə prosesində başqa mövqedən çıxış edə bilərlər”.
Arif Alışanovun məhkəməyə müraciət eləməsinə səbəb Qulu Məhərrəmlinin bir neçə media qurumunda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı verdiyi açıqlamalardır. Jurnalist həmin açıqlamalarda AzTV-nin bugünkü fəaliyyətini bəyənmədiyini bildirib, bunu qurumun rəhbərinin qeyri-peşəkar olması və yaradıcı menecmenti bilməməsi ilə izah edib. Teletənqidçi bu barədə fikirlərini deyərkən sərt ifadələr işlədib.
Mövzu ilə əlaqədar "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin mətbuat katibi Xatirə Qasımla əlaqə saxladıq. O, məhkəmə öncəsi hər hansı açıqlama verməyi məsləhət bilmədi.
Nazir Ülvi Ələkbərlini yüksək vəzifəyə təyin etdi
Bu çörək növü bahalaşdı - 10 qəpik
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə zalında həbs edildi
Leyla Əliyeva "Yüksələn işıq" adlı sərgisində iştirak edib - FOTO
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ruben Vardanyanın məhkəməsi davam etdirilir
Fəzail Ağamalı ilə vida mərasimi başlayıb - FOTOTLAR (Yenilənir)
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub
ABŞ İRANA 4 ŞƏRT İRƏLİ SÜRÜB - Siyahı
PENSİYA NƏ QƏDƏR ARTDI? - Açıqlama (Yeniənib)
“Bravo”nun filial müdirinin müavinini döyüldü - Səbəb + Təfərrüat
Fazil Mustafa: "İcra hakimiyyəti mütləq lazımdır"
Futzal Federasiyasının prezidentinə cinayət işi açıldı, qardaşı axtarışa verildi - Zaur Axundova şok ittiham var (Yenilənib)
Azərbaycan neftinin qiyməti 71 dolları ötdü
Bu burc sahibləri etibarlı olurlar!
“İdeal Motors”un vergi borcu artıb
Maksvell sevgilisi Epşteynlə bağlı suallara cavabdan imtinna etdi
Doğum gününüz mübarək, Əli müəllim!
İranda siyasətçilərin həbsi başlayıb - Saxlanılanlar arasında XİN başçısının keçmiş müavini də var
İsrail Qəzzaya ağır zərbələr endirdi - Azı 9 nəfər ölüb
"Qaziantep" 3 xalı 2 qol və 10 nəfərlə qazandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qurban Qurbanovun qızının toyu olub - VİDEO
Fəzail Ağamalı vəfat edib - Türkiyədə (Yenilənib)
Türkiyədə daha bir məşqçi istefaya göndərildi - Mərc oyununa görə
Aybəniz Haşımova: “...həmişə şad olacaqsınız”
Vüqar Məmmədovun həbs müddəti uzadılıb
ABŞ daha bir tankerə "əl qoydu"
AXCP-nin Abşeron rayon şöbəsinin sədri həbs edilib