Gürcüstan “Qazprom”la müqaviləni yeniləyir - Rəsmi açıqlama

img

30-03-2016 [20:43]


""Qazprom”la müqavilənin detallarının aydınlaşdırılması yaxın bir neçə gün ərzində bitəcək".

Mia.az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Energetika nazirinin müavini Mariam Valişvili söyləyib.

Onun sözlərinə görə, "Qazprom”la razılaşma bundan əvvəlki müqavilələrdən fərqlənməyəcək.

Qeyd edək ki, Gürcüstan bir müddət öncə "Qazprom”dan əlavə qaz alınması üçün danışıqlara başlayıb. Sonradan SOCAR-la razılaşan Tiflis rus qazının həcminin artırılmasından imtina edib. Üstəlik, Gürcüstan hökuməti məhz bu proses çərçivəsində müxalifətin kəskin etirazı ilə üzləşib.

Azərbaycanın Gürcüstanın qaza olan tələbatının 60%-dən çox hissəsini ödəyir. Rusiya ilə Gürcüstana illik 300 milyon kub metr qaz verir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA