30-03-2016 [13:29]
AzTV sədri Arif Alışanov rəhbərlik etdiyi telekanalı tənqid etdiyinə görə professor Qulu Məhərrəmliyə cinayət işi açılması barədə iddia ilə kifayətlənməyərək, həm də ayrıca mülki qaydada dəymiş ziyanın ödənilməsini istəyib.
Bununla bağlı Nəsimi rayon məhkəməsinə müraciət edən A. Alışanov məlum müsahibədə şərəf və ləyaqətinin təhqir olunduğunu bildirib və Mülki Məcəllənin 23-cü maddəsinə uyğun olaraq Q. Məhərrəmlinin cərimə olunmasını istəyib. Jurnalistdən 100 min manat tələb edən AzTV sədr ərizəsində bu pulun Körpələr evinə verəcəyini göstərib. Nəsimi rayon məhkəməsində mülki iddia faktını təsdiqləyərək, artıq işlə bağlı hakim E.Hümbətovun sədrliyi ilə hazırlıq iclasının keçirildiyini də bildiriblər.
Məhkəmədə Q. Məhərrəmlini təmsil edən hüquqşünas Nicat Gözəlov əməkdaşımıza AzTV sədrinin hər iki iddasının tam əsassız olduğunu və adı çəkilən müsahibədə məhkəməlik heç bir məqamın yer almadığnı deyib. O, 100 min manat cərimə iddiasını isə reallığa uyğun olmayan istək adlandırıb. Eyni fikri bölüşən Media Hüquqları institutunun direktoru Rəşid Hacılı bir müsahibə ilə bağlı məsələnin bu qədər böyüməsinə təəssüf etdiyini bildirib. O deyib ki, bir ciddi media qurumunun rəhbəri olan şəxs bu ittihamların, nəinki perspektivsiz olduğunu bilməli, həm də belə yersiz iddiaların məhz jurnalistlərin təməl hüqüqlarına, ifadə azadlığına, tənqid azadlığına təhlükə olduğunu anlamalıdır.
AzTV sədrinin iri rəqəmlərlə danışmaq tərzinə yumorla yanaşan professor Q. Məhərrəmli isə bildirib ki, Alışanovun peşəkarlıq bağlı müəyyən problemləri olduğunu bilirdi, amma görünür, onun həm də maddi problemləri var:
"Deyəsən, bu adam mənim maaşımın hesabına xeyriyyəçi olmaq istəyir, pulu da uşaq evinə verəcəkmiş. Mən bir neçə telekanala rəhbərlik edən bu adama xatırladıram ki, əvvəla artıq 7-8 ildir heç bir uşaq müəssisəsi, o cümlədən ölkədəki iki körpələr evi kənardan yardım qəbul etmir, yəni xərcləri dövlət özü ödəyir.
İkincisi, xeyriyyəçilik həvəsinə düşən adam zəhmət çəkib öz kisəsinin ağzını açmalıdır.
Üçüncüsü isə AzTV sədri üçün indi ən böyük xeyriyyəçilik işçilərə normal maaş vermək, dövlətin büdcədən ayırdığı qonorar və quruluş haqqını kəsməmək olardı".
Olke.az
Nazir Ülvi Ələkbərlini yüksək vəzifəyə təyin etdi
Bu çörək növü bahalaşdı - 10 qəpik
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə zalında həbs edildi
Leyla Əliyeva "Yüksələn işıq" adlı sərgisində iştirak edib - FOTO
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ruben Vardanyanın məhkəməsi davam etdirilir
Fəzail Ağamalı ilə vida mərasimi başlayıb - FOTOTLAR (Yenilənir)
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub
ABŞ İRANA 4 ŞƏRT İRƏLİ SÜRÜB - Siyahı
PENSİYA NƏ QƏDƏR ARTDI? - Açıqlama (Yeniənib)
“Bravo”nun filial müdirinin müavinini döyüldü - Səbəb + Təfərrüat
Fazil Mustafa: "İcra hakimiyyəti mütləq lazımdır"
Futzal Federasiyasının prezidentinə cinayət işi açıldı, qardaşı axtarışa verildi - Zaur Axundova şok ittiham var (Yenilənib)
Azərbaycan neftinin qiyməti 71 dolları ötdü
Bu burc sahibləri etibarlı olurlar!
“İdeal Motors”un vergi borcu artıb
Maksvell sevgilisi Epşteynlə bağlı suallara cavabdan imtinna etdi
Doğum gününüz mübarək, Əli müəllim!
İranda siyasətçilərin həbsi başlayıb - Saxlanılanlar arasında XİN başçısının keçmiş müavini də var
İsrail Qəzzaya ağır zərbələr endirdi - Azı 9 nəfər ölüb
"Qaziantep" 3 xalı 2 qol və 10 nəfərlə qazandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qurban Qurbanovun qızının toyu olub - VİDEO
Fəzail Ağamalı vəfat edib - Türkiyədə (Yenilənib)
Türkiyədə daha bir məşqçi istefaya göndərildi - Mərc oyununa görə
Aybəniz Haşımova: “...həmişə şad olacaqsınız”
Vüqar Məmmədovun həbs müddəti uzadılıb
ABŞ daha bir tankerə "əl qoydu"
AXCP-nin Abşeron rayon şöbəsinin sədri həbs edilib