"Rusiyanın nazıyla oynayırlar, bizim işıqlı gələcəyimiz yoxdur" - Ukraynalı general

img

29-03-2016 [16:29]


"Qərb yeni dünya müharibəsinin qarşısını almaq məqsədi ilə Rusiyanın nazıyla oynayır".

Bunu mətbuata açıqlamasında Ukrayna Baş Qərargahının keçmiş rəisi Anatoli Lopata söyləyib. Onun sözlərinə görə, Ukrayna bu oyunda sövdələşmə üçün lazımdır:

"SSRİ ABŞ və Almaniyanın güclü dəstəyi nəticəsində inkişaf etdi. Onlara bu cür Rusiya lazım idi. Moskva indi də onlara lazımdır ki, yeni dünya savaşı yaranmasın. Hər kəs anlayır ki, nüvə silahına malik olan Rusiya kimi dövlətlər iqtisadi cəhətdən küncə sıxışdırılanda bütün sivilizasiya üçün böyük təhlükə kəsb edir. Bizim işıqlı gələcəyimiz yoxdur. İşıqlı gələcək mübarizədir. Ümid yalnız bizim bu mübarizədə dözə bilməmizdədir”. 

Axar.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA