Qaçırılan Misir təyyarəsiylə bağlı yeni xəbər - terrorçu sığınacaq tələb edib (VİDEO)

img

29-03-2016 [13:14]


Misirin "Egypt Air" aviaşirkətinin naməlum şəxslər tərəfindən qaçırılmış "A320" sərnişin təyyarəsi Kiprdəki Larnaka aerportuna eniş edib.

Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verib.

***

Publika.az-ın məlumatına  görə, bütün sərnişinlər azad edilib.

Terrorçu azad edilən kiprli qadın vasitəsilə dörd səhifəlik məktubu səlahiyyətlilərə çatdırıb. İbrahim Şamaxa Ərəb dilində yazılan məktubda Cənubi Kiprdən sığınacaq tələb edilib.

****

Son məlumatlara görə, bütün sərnişinlər azad edilib.

Terrorçu azad edilən kiprli qadın vasitəsilə dörd səhifəlik məktubu səlahiyyətlilərə çatdırıb. İbrahim Şamaxa Ərəb dilində yazılan məktubda Cənubi Kiprdən sığınacaq tələb edilib.

Larnaka aeroportuna qaçırılan Misirin A320 təyyarəsindən artıq 50 nəfər buraxılıb. 

APA-nın məlumatına görə, təyyarəni qaçıran şəxs qadınları və uşaqları azad edib. 

Sərnişinlərin artıq təhlükəsiz yerdə olduğu bildirilir. 

 ****

Misirdə naməlum şəxs sərnişin təyyarəsini qaçırıb. APA-nın "Reuters”ə istinadən verdiyi xəbərə görə, təyyarə İsgəndəriyyədən Qahirəyə uçurmuş. İçərisində 55 sərnişin və 7 ekipaj üzvünün olduğu bildirilən təyyarə Cənubi Kiprin Larnaka hava limanına endirilib.

İlkin məlumata görə, təyyarəni qaçıran şəxs silahlıdır. Kipr hüquq-mühafizə orqanları artıq onunla danışıqlara başlayıb. Təyyarədə sərnişinlərin sağ-salamat olduğu, hələlik heç kimin zərər çəkmədiyi bildirilir. Təyyarəni qaçıran şəxs bildirib ki, tələbi yerinə yetirilməsə, "şəhid kəmərini” işə salacaq.

Kiprin dövlət radiosu təyyarədə partlayıcı qurğunun olması barədə məlumat yayıb. 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA