28-03-2016 [20:09]
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Xətai Telefon Qovşağından 2016-cı ilin mart ayının əvvəllərində Binəqədi rayonu ərazisində telefon kabellərinin oğurlanması barədə daxil olmuş müraciət əsasında fakta görə rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.2.2-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.
Bu barədə Mia.az-a Baş Prokurorluqdan məlumat daxil olub.
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatında deyilir ki, həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayon sakini, 1994-cü il təvəllüdlü Abbas Əliyev martın 23-də cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaqla müəyyən edilib ki, A.Əliyev Binəqədi rayonunun eyniadlı qəsəbəsində mart ayında ayrı-ayrı vaxtlarda ümumilikdə 525 metr telefon kabellərini dirəklərdən kəsərək yaşadığı evin həyətinə gətirib. Sonra həmin kabelləri yaşadığı evin həyətyanı sahəsində yandırıb içərisində olan əlvan metalı çıxararaq Binəqədi rayonunda yerləşən "Elite Yatırım” MMC-nin nəzdində fəaliyyət göstərən Faiq Rəhimova məxsus əlvan metal qəbulu məntəqəsinə və "Bakı Mis İstehsalı” MMC-nin Xirdalan qəsəbəsində yerləşən məntəqənin işçisi Qorxmaz Davudova satıb.
A.Əliyevin yaşadığı ünvana baxış keçirilərkən oradan 110 metr optik tipli kabel aşkar edilərək götürülüb.
Həmin şəxslər iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə A.Əliyevə Cinayət Məcəlləsinin 177.3.2-ci, F.Rəhimov və Q.Davudova isə həmin Məcəllənin 177.2.1-ci maddəsi ilə ittiham elan edilib və barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
BMT: Yaxın Şərqdəki gərginlik səbəbindən 3 milyondan çox İran sakini evlərini tərk edib
İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürüb
Fransa Mərkəzi Bankının sədri: "Heç pulumuz qalmadı"
Nazir Vilayət Eyvazov: "Daxili Qoşunlar dövlətçiliyin dayaqlarından birinə çevrilib" - VİDEO
Vəkil Kamran Əsədovun həbsdən azad edilməsini istədi, hakim "yox" dedi - Ekspertin məhkəməsi
İsrail Livanı bombaladı - 15 nəfər öldü
Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident tədbirdə çıxış edir
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı