Türkiyə Avropa ölkələrinə nota göndərdi - Səbəb

img

28-03-2016 [18:08]


Türkiyə konsulları "Cümhuriyyət" qəzetinin baş redaktoru Can Dündar və qəzetin Ankara nümayəndəsi Ərdəm Gülün məhkəməsində iştirak etmiş ölkələrə nota göndəriblər.

Bu barədə Trend "Hürriyyət" qəzetinə istinadən məlumat verir.

Notalar Almaniya, İtaliya, Fransa, Niderland, Kanada və Polşaya göndərilib.

Qeyd edək ki, ötən il noyabrın 26-da casusluğa görə həbs edilmiş C.Dündar və Ə.Gül 2016-cı il fevralın 26-da Konstitusiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılmışdı. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA