Elmar Məmmədyarov: "Qarabağın statusunun necə olacağını danızıqlar müəyyənləzdirəcək"

img

18-03-2010 [03:26]


?Azərbaycan tərəfi ATƏT-in Minsk Qrupu həmsədrlərinin Madrid təkliflərinin yenilənmiş variantındakıbəzi məqamları qəbul edib. Amma bir sıra məqamlar var ki, onun üzərində işləmək lazımdır?. Bu bəyənatla Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib. Nazir Qarabağın statusu ilə bağlı suala cavab olaraq isə bildirib ki, Dağlıq Qarabağda azərbaycanlılar ermənilərlə bir yerdə yaşayandan sonra statusu müəyyən etmək olar. Statusun necə olacağını isə danışıqlar müəyyənləşdirəcək. ?Bu, uzun bir prosesdir. Bunu bir gün ərzində müəyyən etmək olmaz. Yəni erməni tərəfi razılığa gəlsə, azərbaycanlı icması Dağlıq Qarabağa qayıtsa, ola bilər ki, hansısa xüsusi komitə çərçivəsində bütün bu suallara cavab tapa bilərik?, - deyə o bildirib. Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Dağlıq Qarabağın erməni icmasının danışıqlarda iştirakının vacibliyi barədə bəyanatına da rəsmi Bakının mövqeyini açıqlayıb. ?Əgər Ermənistan Madrid prinsiplərini qəbul edirsə və böyük sülh sazişi üzərində işlənməyə başlansa, o zaman əlbəttə ki, həm azərbaycanlı, həm erməni icması danışıqlarda iştirak edə bilər. İndiki mərhələdə isə danışıqlarda ancaq Ermənistan və Azərbaycan tərəfi iştirak edir?, - deyə Azərbaycanın xarici işlər naziri qeyd edib. Nazir onu da bildirib ki, Dağlıq Qarabağın statusu ilə bağlı referendum olarsa, bu, Azərbaycan Konstitusiyasına uyğun olaraq bütün ölkə ərazisində keçirilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA