"Mixail Saakaşvili öz vəzifəsində qalacaq” - Rəsmi

img

15-03-2016 [14:44]


"Odessa qubernatoru Mixail Saakaşvili öz vəzifəsindən qovulmayacaq”.

Avropa.info xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Seqolko açıqlama yayıb. 

Bununla da o, Saakaşvilinin qovulması ilə bağlı mətbuatda gedən şayiələri təkzib edib. 

"Prezident Odessa vilayətinin inkişaf perspektivi layihələri ilə bağlı Mixail Saakaşvili ilə telefon danışığı aparıb. Odessa administrasiya başçısının istefası barədə xəbərlər həqiqətə uyğun deyil” – Seqolko "Facebook” səhifəsində belə yazıb.

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna mətbuatında Poroşenkonun Saakaşvilinin işdən çıxarılması ilə bağlı informasiya getmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA