15-03-2016 [12:58]
Bir neçə nəfər "Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin yaşadığı mənzili yandırmağa cəhd edib, mənzilə xeyli ziyan dəyib.
Mia.az "Azadlıq”a istinadən xəbər verir ki, martın 14-də, gecə saat 2:50 radələrində "Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin yaşadığı mənzilinə bir qrup şəxs tərəfindən basqın edilib və mənzil benzin tökülərək yandırılıb. Lakin həmin vaxt tam təsadüfən bu yanğını görən qonşunun FHN-nin 101 xidmətinə zəng vurması, ardınca isə Asif Mərzilinin ailəsini yuxudan oyatması nəticəsində mənzilin yanaraq kül olmasının qarşısı alınıb.
Mənzilə xeyli ziyan dəysə də, yanğın jurnalistin çevikliyi sayəsində söndürülüb, az sonra hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qəsdən törədildiyini müəyyən edərək akt yazıblar. Həmçinin jurnalistin sui-qəsd barədə DİN-nin 102 xidmətinə zəngindən bir neçə dəqiqə sonra Xətai rayon Polis İdarəsi 37-ci polis bölməsinin istintaqçıları və PPX əməkdaşları hadisə yerində olublar, dərhal əməliyyat şəraiti nəzarətə götürülüb. Artıq Xətai rayon Polis İdarəsi İstintaq şöbəsində fakt üzrə cinayət işi başlanıb, istintaq aparılır.
İstintaqçılar da bildiriblər ki, hadisə olduqca ciddidir, jurnalistin həyatına, bütövlükdə ailəsinə qarşı sui-qəsddir, qisasçılıq məqsədilə törədilib.
Hadisə barədə jurnalist Asif Mərzili ilə telefon əlaqəsi saxladıq.
Baş redaktor faktı təsdiqlədi və istintaq getdiyi üçün hələlik əlavə heç nə deyə bilməyəcəyini söylədi:
"İstintaq getdiyi üçün əlavə heç nə deyə bilmirəm. İstintaqçılar da ehtimal edirlər və özüm də güman edirəm ki, bu hadisə sırf peşə fəaliyyəti ilə bağlıdır. Çünki son dövrlərdə rəhbərlik etdiyim qəzetdə vətəndaşların şikayəti əsasında ciddi araşdırma yazıları dərc edilib.
Bircə onu deyə bilirəm ki, bu məsələ artıq hüquq mühafizə orqanı rəhbərlərinin ciddi nəzarətindədir, inanıram ki, bu qəsdi sifariş verən tezliklə qanun qarşısında cavab verəcək”.
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə zalında həbs edildi
Leyla Əliyeva "Yüksələn işıq" adlı sərgisində iştirak edib - FOTO
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ruben Vardanyanın məhkəməsi davam etdirilir
Fəzail Ağamalı ilə vida mərasimi başlayıb - FOTOTLAR (Yenilənir)
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub
ABŞ İRANA 4 ŞƏRT İRƏLİ SÜRÜB - Siyahı
PENSİYA NƏ QƏDƏR ARTDI? - Açıqlama (Yeniənib)
“Bravo”nun filial müdirinin müavinini döyüldü - Səbəb + Təfərrüat
Fazil Mustafa: "İcra hakimiyyəti mütləq lazımdır"
Futzal Federasiyasının prezidentinə cinayət işi açıldı, qardaşı axtarışa verildi - Zaur Axundova şok ittiham var (Yenilənib)
Azərbaycan neftinin qiyməti 71 dolları ötdü
Bu burc sahibləri etibarlı olurlar!
“İdeal Motors”un vergi borcu artıb
Maksvell sevgilisi Epşteynlə bağlı suallara cavabdan imtinna etdi
Doğum gününüz mübarək, Əli müəllim!
İranda siyasətçilərin həbsi başlayıb - Saxlanılanlar arasında XİN başçısının keçmiş müavini də var
İsrail Qəzzaya ağır zərbələr endirdi - Azı 9 nəfər ölüb
"Qaziantep" 3 xalı 2 qol və 10 nəfərlə qazandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qurban Qurbanovun qızının toyu olub - VİDEO
Fəzail Ağamalı vəfat edib - Türkiyədə (Yenilənib)
Türkiyədə daha bir məşqçi istefaya göndərildi - Mərc oyununa görə
Aybəniz Haşımova: “...həmişə şad olacaqsınız”
Vüqar Məmmədovun həbs müddəti uzadılıb
ABŞ daha bir tankerə "əl qoydu"
AXCP-nin Abşeron rayon şöbəsinin sədri həbs edilib
İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib - Müzakirə + FOTOLAR (Yenilənib)