14-03-2016 [15:12]
Aynur Camalqızının rəhbərlik etdiyi "Gündəlik Teleqraf” qəzeti fəaliyyətini dayandırıb.
AzNews.az-a daxil olan məlumata görə, baş redaktor Taleh Şahsuvarlı artıq qəzetdən ayrılıb. Məlumata görə, qəzet bağlansa da, teleqraf.com saytı fəaliyyətini davam etdirəcək.
Məlumata görə, Aynur Camalqızının rəhbərlik etdiyi digər saytlarda - publika.az və axar.az-da kütləvi ixtisarlar aparılıb. Saxlanılan işçilərin maaşları isə azaldılıb.
Məsələ ilə bağlı A.Camalqızı ilə əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz qaldı.
***
"Çap mediasının qeyri-populyar olduğu, kağızın qiymətinin bahalaşdığı bir məqamda "Gündəlik Teleqraf” qəzetinin nəşrinin dayandırılmasını məqbul saydıq".
Mia.az xəbər verir ki, bu sözləri "Gündəlik Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı "Gündəlik Teleqraf” qəzetinin bağlanması ilə bağlı Axar.az-a açıqlamasında səsləndirib.
A.Camalqızının sözlərinə görə, hazırda bütün ölkədə idarəetmədə daha çevik mexanizmlər hazırlanır və perspektivli sahələrin inkişaf etdirilməsi prioritetə çevrilib:
"Onlayn medianın çap mediasını bir neçə dəfə üstələdiyini və çevikliyi, informasiya operativliyi baxımından hətta televiziyaları qabaqladığı bir zamanda biz də media qrupuna daxil olan saytların imkanlarını genişləndirmək, ənənəvi mediadan imtina etmək qərarı verdik. Bildiyiniz kimi, onlayn media dünyanın istənilən yerindən əlçatandır və ölkə həqiqətlərinin təbliğ edilməsində müstəsna rol oynayır. Cənab Prezident İlham Əliyev də medianın 140 illik yubileyindəki çıxışında onlayn medianın imkanlarını yüksək qiymətləndirdi və ana dilində olan saytların xarici dillərdə versiyalarının fəaliyyət göstərməsini tövsiyə etdi. Bu tövsiyəyə uyğun olaraq, hazırda media qrupumuza daxil olan Axar.az saytının rus və ingilis versiyaları da mövcuddur. "Gündəlik Teleqraf” qəzetinin onlayn versiyası olan Teleqraf.com, həmçinin fəaliyyətə başladığı ilk gündən böyük oxucu auditoriyası qazanan Publika.az-ın imkanlarını da genişləndirməkdə davam edirik”.
A.Camalqızı müəyyən struktur islahatları aparıldığını da bildirdi:
"Bütün islahatlar əlbəttə ki, saytlarımızın daha çevik, mobil və operativ işləməsi üçündür və hazırkı vəziyyətə uyğun buna da nail olacağıq”.
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə zalında həbs edildi
Leyla Əliyeva "Yüksələn işıq" adlı sərgisində iştirak edib - FOTO
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ruben Vardanyanın məhkəməsi davam etdirilir
Fəzail Ağamalı ilə vida mərasimi başlayıb - FOTOTLAR (Yenilənir)
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub
ABŞ İRANA 4 ŞƏRT İRƏLİ SÜRÜB - Siyahı
PENSİYA NƏ QƏDƏR ARTDI? - Açıqlama (Yeniənib)
“Bravo”nun filial müdirinin müavinini döyüldü - Səbəb + Təfərrüat
Fazil Mustafa: "İcra hakimiyyəti mütləq lazımdır"
Futzal Federasiyasının prezidentinə cinayət işi açıldı, qardaşı axtarışa verildi - Zaur Axundova şok ittiham var (Yenilənib)
Azərbaycan neftinin qiyməti 71 dolları ötdü
Bu burc sahibləri etibarlı olurlar!
“İdeal Motors”un vergi borcu artıb
Maksvell sevgilisi Epşteynlə bağlı suallara cavabdan imtinna etdi
Doğum gününüz mübarək, Əli müəllim!
İranda siyasətçilərin həbsi başlayıb - Saxlanılanlar arasında XİN başçısının keçmiş müavini də var
İsrail Qəzzaya ağır zərbələr endirdi - Azı 9 nəfər ölüb
"Qaziantep" 3 xalı 2 qol və 10 nəfərlə qazandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qurban Qurbanovun qızının toyu olub - VİDEO
Fəzail Ağamalı vəfat edib - Türkiyədə (Yenilənib)
Türkiyədə daha bir məşqçi istefaya göndərildi - Mərc oyununa görə
Aybəniz Haşımova: “...həmişə şad olacaqsınız”
Vüqar Məmmədovun həbs müddəti uzadılıb
ABŞ daha bir tankerə "əl qoydu"
AXCP-nin Abşeron rayon şöbəsinin sədri həbs edilib
İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib - Müzakirə + FOTOLAR (Yenilənib)