"Ərdoğan son dövrlərdə dəyişdi...” - Obama

img

13-03-2016 [13:24]


"Rəcəb Tayip Ərdoğan ilk əvvəl mülayim bir müsəlman idi və Şərqlə Qərb arasında körpü rolu oynaya bilərdi. Lakin son dövrlərdə o da dəyişdi, avtoritarlaşdı”.

Strateq.az xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama bildirib.

O, Amerikada nəşr olunan "Atlantic” jurnalının reportyoru Jeffrey Goldbergə verdiyi müsahibədə dünyanın bir sıra problemi barədə danışıb. Söhbət dünya liderlərinin xarakterinə gələndə ABŞ prezidenti əsasən müsəlman diktatorlarından bəhs edib. Ən çox tənqid etdiyi isə Liviyanın qətlə yetirilmiş lideri Qəddafi olub.

ABŞ lideri Liviyanın indiki hala gəlib çıxmasında Avropa ölkələrinin mövqeyini də sərt tənqid atəşinə tutub. Bu məsələdə ən çox isə ABŞ-ın yaxın müttəfiqi İngiltərənin baş naziri David Kameronu tənqid edib.

Yuxarıda qeyd etdiyimiz kimi, Ərdoğan da Obamanın tənqidindən öz nəsibini alanlardan olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA