Türkiyə ordusu PKK-ya qarşı böyük hücuma hazırlaşır

img

12-03-2016 [23:44]


Türkiyənin daxili işlər naziri Efkan Ala ölkənin Yüksekova bölgəsində, Şırnakın mərkəzində və Nüsayibində bəzi məhəllələrdə xəndəklərin olduğunu, burada bombardman üçün tələlərin qurulduğunu deyib.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir həmin yerlərdə də təmizlik işlərinin aparılacağını bildirib.

Bundan əvvəl də Cizrə, Silop və İdil qəsəbələrində oxşar əməliyyatlar keçirilib. Hazırda isə Şırnak şəhər mərkəzinə çoxlu sayda əsgər yeridilib.

Yüzlərlə xəndək və barrikada olan Yaşılyurd, Qazipaşa, Cümhuriyyət, Diclə, Yeni, İsmət Paşa və  Baxçalıevlər məhəllələrində təhlükəsizlik qüvvələri eyni vaxtda əməliyyat keçirib.

Şəhərin mərkəzində isə PKK-lı terrorçuları zərərsizləşdirmək və bütün xəndək və barrikadaların yox edilməsi üçün xüsusi əməliyyat keçiriləcəyi gözlənilir. Əməliyyata hazırlıq getdiyindən Şırnakda şəhərin giriş-çıxışına polis və hərbçilər nəzarət edir. Şəhərin hər yerində təhlükəsizlik tədbirləri gücləndirilib və bir çox məktəbə polis və hərbçilər yerləşdirilib.

Avtomobillər isə yoxlandıqdan sonra onların şəhərə girişinə icazə verilir.

Şəhərin ətrafında da təhlükəsizlik tədbirləri gücləndirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA