Polis general-mayoru işdən çıxarılmayıb - Həsən Şirinov danışdı

img

11-03-2016 [18:37]


Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinov istefaya göndərilib.

Məlumata görə, Həsən Şirinovun istefaya göndərilməsinin səbəbi yaş məhdudiyyəti ilə bağlı olub.

Həsən Şirinov 1980-ci ildən daxili işlər orqanlarında çalışıb. Müxtəlif illərdə Nəsimi, Xətai və Xanlar rayon yol polisi bölmələrinin rəisi, Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polis İdarəsinin rəisi, Azərbaycan Respublikası DİN BDYPİ-nin rəis müavini vəzifələrində çalışıb. 1994-cü ildən 2010-cu ilə qədər isə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin rəisi vəzifəsində işləyib (AzPolitika.info).

*******

Həsən Şirinov haqqında yayılan xəbərə münasibət bildirib: ”Bütün bu xəbərlər yalandır. Hazırda işimin başındayam. Bu xəbər qərəzli şəkildə mətbuata buraxılıb. Tamamilə yanlış informasiyadır”(Unikal.org).


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:28 14.06.2025

Bu gün “Son zəng”dir