"Fənərbağça" Kloppu komandanın Baş məqçi postuna gətirir

img

29-08-2025 [15:15]



Xəbər verdiyimiz kimi, "Fənərbağça"nın Çempionlar Liqasında "Benfika"ya uduzmasından sonra bu gün baş məşqçi Joze Mourinyo istefaya göndərilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Fənərbağça"nın prezidenti Ali Koç istefa qərarından dərhal sonra yeni baş məşqçi axtarışlarına başlayıb. 

Məlumata görə, o, ilk olaraq dünya şöhrətli məşqçi Yurgen Kloppun üzərində dayanıb: "Ali Koç onu komandanın sükanı arxasına gətirmək üçün boğçanın ağzını gen açacaq. Onunla ilkin təmas qurulub, danşıqlar başlayıb..."

Məlumata deyilir ki, Ali Koçun B variantı isə keçmiş baş məşqçi İsmail Kartaldır: "Əgər Kloppla anlaşma əldə olunmaza, İsmayıl Kartal komandanın başına gətiriləcək"

Zülfiyyə Mustafayeva
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA