Rusiyadan növbəti Qarabağ açıqlaması... - Putinin sözçüsündən açıqlama

img

11-03-2016 [18:20]


"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ardıcıl işi davam etdirir, lakin son qərarı yalnız münaqişənin bilavasitə iştirakçıları qəbul edə bilər”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu fikri jurnalistlərə söyləyib.

Onun sözlərinə görə, söhbət bir dəfə səy göstərməkdən deyil, beynəlxalq formatlarda ardıcıl fəaliyyət xəttindən gedir: "Rusiya bu formatların məsul iştirakçısı kimi, ardıcıl iş aparmaqda davam edir. Lakin qəti qərarlar, müəyyən həlledici təşəbbüslər yalnız bu münaqişənin iştirakçıları tərəfindən irəli sürülə bilər. Ermənistanın və Azərbaycanın əvəzinə, bu münaqişəni nə beynəlxalq vasitəçilər, nə də Rusiya tənzimləyə bilər”.

Azərtac


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA