Azərbaycana psixotrop maddələr gətirən zəxslər yaxalanıb

img

17-03-2010 [01:37]


Polis İrandan Azərbaycana psixotrop maddələr gətirən şəxsləri yaxalayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumatda bildirilir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşlarının keçirdikləri tədbir nəticəsində Abşeron rayon sakini, 38 yaşlı Marsa Səmədzadə və Kürdəmir rayon sakini Sadiq Abbasov İrandan ?Avrasiya Karqo? şirkəti vasitəsi ilə Azərbaycana 54.600 həb "Diozepam", "Penobarbital" və sair psixotrop dərman preparatlarını gətirərkən tutulublar. Faktla əlaqədar DİN-in BMCMİ-nin İstintaq Şöbəsində Azərbaycan Cinayət Məcəlləsinin 206-cı (Qaçaqmalçılıq) və 234-cü (Qanunsuz olaraq narkotik maddələri daşıma) maddələri ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA