Baş Prokurorluq təsdiqlədi, Kamran Həsənli ilə bağlı cinayət işi var

img

10-03-2016 [18:01]


Aparıcı Kamran Həsənlinin müğənni Samir Piriyevdən 80 min dollar alıb qaytarmaması ilə bağlı rəsmi açıqlama verilib.

Baş Prokurorluğun mətbuat katibi Eldar Sultanov  bildirib ki, məsələ ilə bağlı Samir Piriyev tərəfindən şikayət ərizəsi daxil olub. S.Piriyev ərizəsində Kamran Həsənlinin ondan 80 min dollar aldığını və mənimsədiyini qeyd edib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci ( külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.

Qafqazinfo


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA