09-03-2016 [14:58]
"Bu gün məlum oldu ki, Azərbaycan Teleradio Şirkətinin 11 ildir rəhbəri kürsüsündə oturan Alışanov Azərbaycanda jurnalistika deyəndə ağıla ilk gələn adlardan biri olan Qulu Məhərrəmliyə qarşı Xüsusi ittiham qaydasında cinayət işi başladıb. O, Qulu müəllimin Cinayət Məcəlləsinin iki maddəsi ilə - 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir".
Mia.az xəbər verir ki, bu sözləri media üzrə tanınmış ekspert Ələsgər Əhmədoğlu özünün "Feysbuk"dakı səhifəsində yazıb.
Ekspert bildirib ki, bu iddianın boş və çürük olması bəri başdan məlumdur:
"Bu barədə sonra yəqin ki daha geniş yazacağam. Lakin mənim diqqətimi çəkən cənab A.Alışanovun bu günkü vəzifəsinə 16 avqust 2006-cı ildə təyin edən Prezidentin bir başqa sərəncamından "xəbərsiz” olmasıdır. Onu vəzifəyə təyin edən Prezident, 2011-ci ilin 27 dekabr tarixində Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsinə dair başqa bir Sərəncam imzalayıb. Həmin proqramın 1.2.7.-bəndində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına həvələ olunub ki, 2012-ci il ərzində Diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlasın və Parlamentə təqdim etsin. Məntiqlə Prezident bu Sərəncamı imzalamaqla Alışanovun Qulu müəllimi tutdurmaq istədiyi 147 və 148-ci maddələrin Cinayət Məcəlləsindən çıxarılmasını istəyib. İndi çox maraqlı vəziyyət yaranıb, Az TV-nin rəhbərinin bu təşəbbüsü həm də bir səmimiyyət testi olacaq.
Bu xəbəri oxuyanda ağlıma gələn ilk məqam, Alışanovun vəzifədə olduğu 11 ildə dövlətdən nə qədər vəsait alıb, nə qədər hesabat verdiyini araşdırmaq oldu. Qarşıma çıxan rəqəmləri sizinlə də paylaşıram. 2006-2016-cı ilər ərzində, yəni 11 ildə Dövlət büdcəsindən bu günkü dollar dəyəri ilə tam 407 milyon 404 min 671 Amerikan dolları, yəni bu günkü manat kursu ilə 661 milyon132 min manat vəsait alıb. Bu bütünlükdə Dövlətin bütün mediaya, media dəstək fondlarına, nəşriyyata və s. ayırdığı pulun da 58,32% -i təşkil edir. Araşdırmada 661 milyon manatın heç olmasa bir hissəsinin hesabatını belə tapa bilmədim. 11 ildə 661 milyon manata hökm edən bir şəxsin sadə bir tənqidə belə reaksiya verib, cəmiyyətdə hörmət duyulan bir şəxsin həbsini istəməsi həm də hesab vermədiyi cəmiyyətə meydan oxumaqdır.
Öncə 661 milyon manatın hesabını vermək lazımdır, Cənablar!".
Prezident İlham Əliyev Qanunu təsdiqləyib
Allahşükür Paşazadə Roma Papası Azərbaycana dəvət edib
NAZİR MÜAVİNİ NAZİR TƏYİN OLUNDU - Sərəncam
Polkovnik Rasim İldırımzadəyə 12 il cəza istənildi
YENİ KOMİTƏ SƏDRİ ŞƏHİD ÖVLADIYMIŞ...
YENİ SƏDRİ SALEH MƏMMƏDOVUN QUDASINI YOLA SALDI: təyinat oldu - AAYDA-da ilk dəyişiklik + FOTO
Fəzail Ağamalı dəfn edildi - FOTOLAR (Yenilənib)
İsrail hərbçiləri jurnalisti həbs edib
Nazir Ülvi Ələkbərlini yüksək vəzifəyə təyin etdi
PREZİDENT AGENTLİK RƏHBƏRİNİ KOMİTƏ SƏDRİ TƏYİN ETDİ - Sərəncam
Bu çörək növü bahalaşdı - 10 qəpik
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə zalında həbs edildi
Leyla Əliyeva "Yüksələn işıq" adlı sərgisində iştirak edib - FOTO
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ruben Vardanyanın məhkəməsi davam etdirilir
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub
ABŞ İRANA 4 ŞƏRT İRƏLİ SÜRÜB - Siyahı
PENSİYA NƏ QƏDƏR ARTDI? - Açıqlama (Yeniənib)
“Bravo”nun filial müdirinin müavinini döyüldü - Səbəb + Təfərrüat
Fazil Mustafa: "İcra hakimiyyəti mütləq lazımdır"
Futzal Federasiyasının prezidentinə cinayət işi açıldı, qardaşı axtarışa verildi - Zaur Axundova şok ittiham var (Yenilənib)
Azərbaycan neftinin qiyməti 71 dolları ötdü
Bu burc sahibləri etibarlı olurlar!
“İdeal Motors”un vergi borcu artıb
Maksvell sevgilisi Epşteynlə bağlı suallara cavabdan imtinna etdi
Doğum gününüz mübarək, Əli müəllim!
İranda siyasətçilərin həbsi başlayıb - Saxlanılanlar arasında XİN başçısının keçmiş müavini də var
İsrail Qəzzaya ağır zərbələr endirdi - Azı 9 nəfər ölüb
"Qaziantep" 3 xalı 2 qol və 10 nəfərlə qazandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR