07-03-2016 [18:38]
Göygöl rayonunun polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cari ilin fevralında qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.
Bu barədə Mia.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat daxil olub.
Bildirilib ki, martın 2-də Göygöl rayonunun Axarca kəndi ərazisindəki meşə massivində insan meytinin basdırılması barədə Göygöl rayon prokurorluğuna daxil olmuş məlumat əsasında meyit aşkar edilərək basdırıldığı yerdən çıxarılıb:
"İstintaq-əməliyyat tədbirləri nəticəsində meyitin Gəncə şəhər sakini, 1964-cü il təvəllüdlü Eldar Əliyev olduğu müəyyən edilib. Faktla bağlı dərhal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb".
İstintaqla müəyyən edilib ki, Balçılı kənd sakini Cavid Cəfərov tanışı Eldar Əliyevlə aralarında borc pulla bağlı yaranmış narazılığa görə həmkəndliləri Qoçu Kərimov və Aqil Rüstəmovla qabaqcadan əlbir olan bir qrup şəxs halında onu öldürməyi razılaşıblar:
"Həmin məqsədlə, fevralın 15-də onlar 2 ədəd bel, 1 ədəd dəmir ling və 1 ədəd külüngü sonuncunun idarə etdiyi avtomobillə Axarca kəndi ərazisindəki meşəlikdə gizlədiblər.
Bundan sonra, fevralın 25-də saat 18 radələrində C.Cəfərov E.Əliyevi nahar etmək adı ilə A.Rüstəmovun idarə etdiyi avtomobillə rayonun Balçılı kəndində yerləşən "Nurəddin bulağı” adlanan əraziyə dəvət edib. Burada yeyib içdikdən sonra sərxoş vəziyyətdə C.Cəfərovla E.Əliyev arasında yaranmış mübahisə zamanı C.Cəfərov çəkiclə E.Əliyevin təpə nahiyəsinə iki dəfə vuraraq öldürmüş və meyitini birlikdə A.Rüstəmovun idarə etdiyi avtomobilin yük yerinə qoyub, Axarca kəndi istiqamətinə aparıblar.
Avtomobil nasaz vəziyyətə düşdüyündən meyiti oraya çağırılmış tanışları Xəyal Məmmədovun idarə etdiyi avtomobillə Axarca kənd ərazisindəki meşəlik sahəyə aparıb basdırıblar.
İş üzrə Cavid Cəfərov, Aqil Rüstəmov və Qoçu Kərimov Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), Xəyal Məmmədov isə həmin məcəllənin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib".
Məlumatda qeyd olunur ki, hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
BMT: Yaxın Şərqdəki gərginlik səbəbindən 3 milyondan çox İran sakini evlərini tərk edib
İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürüb
Fransa Mərkəzi Bankının sədri: "Heç pulumuz qalmadı"
Nazir Vilayət Eyvazov: "Daxili Qoşunlar dövlətçiliyin dayaqlarından birinə çevrilib" - VİDEO
Vəkil Kamran Əsədovun həbsdən azad edilməsini istədi, hakim "yox" dedi - Ekspertin məhkəməsi
İsrail Livanı bombaladı - 15 nəfər öldü
Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident tədbirdə çıxış edir
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR