ilham Əliyev Avropa Yenidənqurma və inkizaf Bankının prezidentini qəbul edib

img

16-03-2010 [03:18]


Azərbaycan prezidenti İlham Əliyev martın 16-da Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Tomas Mirounun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Azərbaycanın AYİB ilə əlaqələrinin inkişafından məmnunluğunu bildirib. Prezident bu təşkilatla bir sıra uğurlu layihələrin həyata keçirildiyini də vurğulayıb. Ötən il dünyada baş verən maliyyə böhranına baxmayaraq, əməkdaşlığın davam etdiyini qeyd edən prezident dövlət strukturları ilə yanaşı, özəl sektorda da birgə layihələrin maliyyələşdirilməsini müsbət hal kimi dəyərləndirib. Dövlət başçısı AYİB prezidenti Tomas Mirounun səfərinin əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyi işinə xidmət edəcəyinə əminliyini bildirib. Öz növbəsində, T. Mirou AYİB-nin Azərbaycanla əməkdaşlığa sadiq olduğunu qeyd edib. Ötən il Qaradağ sement zavoduna qoyulan sərmayənin özəl sektora ən böyük investisiya yatırımlarından biri olduğunu deyən T. Mirou rəhbərlik etdiyi bankın, həmçinin Azərbaycanın bank sektoru ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini bildirib. O, AYİB-nin Azərbaycanın enerji sektorunda əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu da vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA