İran məhkəməsindən şok qərar – 14 milyard sərvəti olan azərbaycanlı edam olunacaq

img

06-03-2016 [21:07]


İranda məhkəmə əvvəllər neft satışı ilə bağlı korrupsiya fəaliyyəti ittihamı üzrə həbs olunan yerli iş adamı Babək Zəncanini asılma yolu ilə ölüm hökmünə məhkum edib.

Bu barədə İranın məhkəmə hakimiyyəti nümayəndəsinə istinadən İRNA məlumat yayıb.

Məlumata görə, o, neft satışı ilə ölkəyə qarşı sanksiyalar tətbiq edilən zaman məşğul olub. Milyarder İran neftinin satışından əldə olunan vəsaitlərin israf edilməsində müqəssir bilinib(Publika.az).

Xatırladaq ki, Babək Zəncani Türkiyədə yaşayan azərbaycanlı Rza Zərrabın ortağı kimi təqdim edilir. 42 yaşlı Zəncani 14 milyard dollar sərvətlə İranın ən varlı adamı sayılır. Cənubi Azərbaycanın Zəncan şəhərindəndir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA