Trampdan Putinə tələb: “Qaytar!”

img

04-03-2016 [11:37]


"Rusiya Amerika xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Edvard Snoudeni Vaşinqtona verməlidir”.

 

Publika.az xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd respublikaçı milyarder Donald Tramp "Fox News” telekanalında müzakirələr zamanı bildirib.

 

"Snouden casusdur və Amerikaya qaytarılmalıdır. Əgər Rusiya bir ölkə kimi bizə hörmət edirsə, Snoudeni yollamalıdır”, - Tramp deyib.

 

ABŞ prezidenti postuna digər bir iddiaçı respublikaçı senator Marko Rubio də bir müddət əvvəl söz verib ki, seçkilərdə qələbə qazanacağı halda Edvard Snoudeni məhkəmə qarşısına çıxaracaq.

 

Donald Tramp qeyd edib ki, Rusiya ilə münasibətləri qaydaya salmaq onun üçün xoş olardı. Onun sözlərinə görə, Birləşmiş Ştatlar trilyonlarla dolları xərcləməyin əvəzinə xarici ölkələrlə münasibətləri qaydaya salmalıdır.

 

Milyarder bildirib ki, Rusiya ABŞ-ın müttəfiqi ola, İŞİD terror qruplaşması ilə mübarizədə və digər məsələlərdə kömək edə bilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA