03-03-2016 [21:09]
Azərbaycanın tanınmış yazıçısı, ssenarist, rejissor və jurnalisti Orxan Fikrətoğlu BMT-nin İqtisadi və Sosial Şurası QHT bölməsinin ən yüksək statuslu üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Fəxri Diplomuna layiq görülüb.
Mia.az xəbər verir ki, mükafatı tanınmış aparıcı və publisistə BAMF-ın sədri Umud Mirzəyev təqdim edib.
Umud Mirzəyev bildirib ki, Orxan Fikrətoğlu məhz Azərbaycanda publisistika, rejissura, kino işi və media sahəsinin tərəqqisi və populyarlaşdırılmasında oynadığı vacib rola, göstərdiyi dəstəyə görə bu mükafatla təltif olunub. Orxan Fikrətoğlu isə 50 illik yubileyi ərəfəsində belə bir diploma layiq görülməsini özü üçün çox xoş hadisə adlandırıb. O, fəaliyyətini yüksək qiymətləndirdiklərinə görə BAMF-ın sədri və bütün kollektivinə öz minnətdarlığını bildirib.
Qeyd edək ki, Orxan Fikrətoğlu 80-ci illərdən kino, publisistika və media sahəsində fəaliyyət göstərir. Onun bu günədək mətbuatda yüzlərlə publisistik yazıları, povestləri, hekayələri çap edilib. Əsərləri müxtəlif ölkələrdə işıq üzü görüb. Onun yazdığı ssenarilər əsasında Azərbaycanda, Türkiyə və Özbəkistanda bir neçə film çəkilib. Beynəlxalq Yalta kinofestivalının ilk ali mükafatçısı olan Orxan Fikrətoğlu çoxlu sayda bədii nəsr kitabının, üç publisistik kitabın da müəllifidir. Hekayələri "Dünya Nəsr Antologiyasına” düşüb. Hazırda Mədəniyyət və Turizm nazirliyinin nəzdindəki "Salnamə” sənədli filmlər studiyasının baş redaktorudur. Azad Azərbaycan telekanalında layihə rəhbəridir.
Xatırladaq ki, BMT-nin İqtisadi və Sosial Şurası QHT bölməsinin Ən Yüksək Statuslu üzvü , BAMF-ın Fəxri Diplomu 1993-cü ildən etibarən təqdim olunur. Diplom dünyada sülhün təbliği, azad sözün və obyektiv informasiyanın yayılmasında xüsusi xidmətləri olmuş, eləcə də media və publisistika sahəsində peşəkar fəaliyyətinə görə tanınmış şəxslərə təqdim edilir. Qarabağ müharibəsinin alovlandığı bir dövrdə təşəbbüsü verilən diplom Azərbaycan xalqının milli azadlıq mübarizəsinin, müharibə həqiqətlərinin media vasitəsi ilə dünyaya çatdırılması istiqamətində fəaliyyətinə görə ilk dəfə 4 nəfərə təqdim olunub.
Leonid Lazareviç (Rusiya, Radio Mayak) və Çingiz Mustafayev (Azərbaycan, Milli Qəhrəman) ölümündən sonra, Yuri Pompeyev (Rusiya, jurnalist-publisist) və Riçard Lapaytis (Litva, fotojurnalist) isə sağlığında BAMF-ın Fəxri Diplomuna layiq görülmüşdürlər. Onlardan sonra da bəzi jurnalistlər bu diplomla təltif olunublar.
Prezident İlham Əliyev Qanunu təsdiqləyib
Allahşükür Paşazadə Roma Papası Azərbaycana dəvət edib
NAZİR MÜAVİNİ NAZİR TƏYİN OLUNDU - Sərəncam
Polkovnik Rasim İldırımzadəyə 12 il cəza istənildi
YENİ KOMİTƏ SƏDRİ ŞƏHİD ÖVLADIYMIŞ...
YENİ SƏDRİ SALEH MƏMMƏDOVUN QUDASINI YOLA SALDI: təyinat oldu - AAYDA-da ilk dəyişiklik + FOTO
Fəzail Ağamalı dəfn edildi - FOTOLAR (Yenilənib)
İsrail hərbçiləri jurnalisti həbs edib
Nazir Ülvi Ələkbərlini yüksək vəzifəyə təyin etdi
PREZİDENT AGENTLİK RƏHBƏRİNİ KOMİTƏ SƏDRİ TƏYİN ETDİ - Sərəncam
Bu çörək növü bahalaşdı - 10 qəpik
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə zalında həbs edildi
Leyla Əliyeva "Yüksələn işıq" adlı sərgisində iştirak edib - FOTO
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ruben Vardanyanın məhkəməsi davam etdirilir
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub
ABŞ İRANA 4 ŞƏRT İRƏLİ SÜRÜB - Siyahı
PENSİYA NƏ QƏDƏR ARTDI? - Açıqlama (Yeniənib)
“Bravo”nun filial müdirinin müavinini döyüldü - Səbəb + Təfərrüat
Fazil Mustafa: "İcra hakimiyyəti mütləq lazımdır"
Futzal Federasiyasının prezidentinə cinayət işi açıldı, qardaşı axtarışa verildi - Zaur Axundova şok ittiham var (Yenilənib)
Azərbaycan neftinin qiyməti 71 dolları ötdü
Bu burc sahibləri etibarlı olurlar!
“İdeal Motors”un vergi borcu artıb
Maksvell sevgilisi Epşteynlə bağlı suallara cavabdan imtinna etdi
Doğum gününüz mübarək, Əli müəllim!
İranda siyasətçilərin həbsi başlayıb - Saxlanılanlar arasında XİN başçısının keçmiş müavini də var
İsrail Qəzzaya ağır zərbələr endirdi - Azı 9 nəfər ölüb
"Qaziantep" 3 xalı 2 qol və 10 nəfərlə qazandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR