İTV-dən Məmməd İsmayılın işdən çıxarılan qızı haqda – AÇIQLAMA

img

02-03-2016 [12:08]


İctimai Televiziyanın (İTV) ictimaiyyətlə əlaqələr şöbəsi AzTV-nin sabiq rəhbəri, şair Məmməd İsmayılın qızı İntizar İsmayılın işdən çıxarılması və bunun AzTV rəhbərliyinin təzyiqi ilə olması haqda yayılan xəbərə reaksiya verib.

 

Mia.az xəbər verir ki, İTV-nin bununla bağlı yaydığı açıqlamada İntizar Dinlərin (İsmayıl) işdən azad olunmasında  AzTV-nin hazırkı rəhbərliyinin hər hansı bir rolunun olmadığı iddia olunub. Bildirilib ki, İntizar İsmayılla bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığından, onunla yollar ayrılıb:

 

"Nəzərinizə çatdırırıq ki, İTV-nin rəhbərliyi qərarları kənardan heç bir müdaxilə olmadan, müstəqil şəkildə qəbul edir və verilmiş qərarların AzTV rəhbərliyinə heç bir aidiyyatı yoxdur".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA