“Yaxşı etmişəm öldürmüşəm” - Jurnalistin qətlində təqsirləndirilən şəxs

img

01-03-2016 [12:15]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevi öldürməkdə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə məhkəmə prosesində qalmaqal baş verib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən proses başlamamış mərhum jurnalist Rasim Əliyevin məhkəmədə iştirak edən anası Seyfura Əliyeva ilə təqsirləndirilən şəxslərin valideynləri arasında qalmaqal yaşanıb.

Məhkəmə zalında təhqiramiz ifadələrin ardınca, əlbəyaxa dava düşüb. Qalmaqal zamanı təqsirləndirilən Elşən İsmayılov əsəblərini cilovlaya bilməyib və "Yaxşı etmişəm öldürmüşəm” deyə söyləyib.

Məhkəmə nəzarətçiləri prosesə müdaxilə etməyə məcbur olublar.

Məhkəmədə fasilə elan olunub.

trend.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA