Kerri Rusiya ilə ABŞ arasındakı razılıq BARƏDƏ: “Əməliyyat hazırlanır”

img

01-03-2016 [11:56]


ABŞ və Rusiya Suriyada atəşkəs haqqında sazişə riayət edilməsi və terrorçulara qarşı əməliyyatların keçirilməsi sisteminin yaradılması barədə razılığa gəlib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Con Kerri bildirib.
O deyib ki, Vaşinqtonla Moskva prosesin necə həyata keçirilməsini razılaşdırıb.  

"Bu imkan verəcək ki, həyata keçirilən missiyalar "İslam dövləti” (İŞİD) və Ən-Nusra cəbhəsinə qarşı olsun”,-deyə xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

Con Kerri bununla belə əlavə edib ki, razılığın detallarının mətbuatda açıq müzakirəsinə hazırlaşmırlar.  

Xatırladaq ki, Suriyada atəşkəs razılaşması fevralın 27-dən qüvvəyə minib.  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA