Suriyada atəşkəs: Türkiyədən kəskin savaş xəbərdarlığı, Putin və Obamadan açıqlama...

img

26-02-2016 [20:34]


Xəbər verildiyi kimi, ABŞ-la Rusiya arasında olan anlaşmaya görə, bu gün gecədən etibarən Suriyada atəşkəs qüvvəyə minəcək.

Mia.az xəbər verir ki, bununla bağlı bu gün fikirini açıqlayan Türkiyənin baş naziri Ahmat Davudoğlu atəşkəs kontekstində PKK terror təşkilatının Suriya qolunun YPG/PYD-ya, o cümlədən ABŞ və Rsuiyaya sərt xəbərdarlıq edib: "Ən əvvəl bu atəşkəs sazişində PKK-nın uzantısı olan YPG/PYD-nin də tərəf seçilməsini qəbul etmirik. Hə, bu terror qruplaşması atəşkəsi əsas tutub, "Daha Türkiyə bizi vura bilməz", - deyə, düşünərək, terror əsdirməyə çalışar, Türkiyənin suverenliyi, təhlükəsizliyi və maraqlarına zidd ən xırda bir addım atarsa, o zaman nə atəşkəsə, nə kimsənin fikirinə əhəmiyyət  vermərik. Dərhal bu terror qruplaşmasına ən ağır formada zərbələr endiriləcək. Bunu hamının qulaqlarını açıb, bilmələrini istərik. Heç kimsə atəşkəs bəhanəsiylə Türkiyəni bu fikirindən daşındıra və o terror qruplarını arxayınlaşdıra bilməz. Türkiyə gərəkən ən sərt addımları atmaq hüququnu özündə saxlayır və hər an bu addımları kəskin şəkildə həyata keçirməyə hazırdı".

Davudoğlunun bu açıqlamasına ABŞ-dan cavab gecikməyib. Kerri bildirib ki, Türkiyənin narahatlıqlarını ən həssas şəkildə anlayırlar: "Ümid edik ki, Türkiyənin narahatlıqlarına əsas verən hallar olmayacaq".

Bu gün gecədən başalayacaq atəşkəslə bağlı Rusiya prezidenti Putin də açıqlama verib.

Mia.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin atəşkəsə baxmayaraq, İŞİD və digər terror qruplaşmalarına qarşı hava hücumlarını dayandırmayacaqlarını bildirib.

ABŞ prezidenti Obama isə Suriyanın gələcək həyatında Əsədə yer olmayacağını bir daha bəyan edib.

Onu da qeyd edək ki, Suriyada iç savaşı 2011-ci ildən başlayıb. 

Bir neçə gün əvvəl isə ABŞ və Rusiyanın təzyiqi ilə döyüşən tərəflərdən - Əsəd, Türkiyənin və Avropanın yaxından dəstəklədiyi müxalif qüvvələr, o cümlədən YPG/PYD atəşkəsə razılaşıblar. Atəşkəsə İŞİD və digər kiçik terror qrupları daxil edilməyib. Atəşkəsin şərtlərinə görə adıçəkilən qüvvələr bundan sonra bir-biri ilə savaşmayacaqlar. Ancaq İŞİD və digər terror qruplaşmaları ilə savaş davam edəcək. 

Mia.az

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA